"PAŞA Bank"ın səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 17 iyun, 2026
  • 18:34
PAŞA Bankın səhmləri üzrə hərracın tarixi açıqlanıb

Sabah "Bakı Fond Birjası" QSC-də (BFB) "PAŞA Bank" ASC-nin 51,311 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 20 manat, faktiki dəyəri isə 55 manat olan 932 926 ədəd səhm kütləvi təklif üsulu ilə yerləşdiriləcək. 13 aprel-12 iyun tarixlərində səhmlərə abunə yazılışı həyata keçirilib.

Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, "PAŞA Bank"ın nizamnamə kapitalı səhmlərin nominal dəyərinə uyğun olaraq 18,659 milyon manat artaraq 354,512 milyon manatdan 373,171 milyon manata çatacaq. Yeni investorlar Bankın səhmlərinin 5 %-nə sahib olacaqlar.

44 - Tezliklə