“PAŞA Bank”ın Gürcüstandakı törəməsinin zərəri 5 dəfədən çox azalıb

Maliyyə
  • 01 avqust, 2023
  • 13:05
“PAŞA Bank”ın Gürcüstandakı törəməsinin zərəri 5 dəfədən çox azalıb

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I yarısını 1,269 milyon lari (825 min manat) zərərlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə azdır.

Bu il iyulun 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 506,246 milyon lari (329,1 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 9,7 % çoxdur. Bunun 322,684 milyon larisi (209,75 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,4 % böyüyüb.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 11,5 % artaraq 404,701 milyon lariyə (263,056 milyon manat), o cümlədən depozit portfeli 21,9 % artaraq 348,455 milyon lariyə (226,496 milyon manat), balans kapitalı isə 3,1 % artaraq 101,545 milyon lariyə (66,004 milyon manat) çatıb.

Xatırladaq ki, "PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 129 milyon laridir (83,85 milyon manat).

1 lari = 0,65 manat

44 filmi