"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin zərəri 3 dəfəyə yaxın azalıb

Maliyyə
  • 07 noyabr, 2023
  • 09:20
PAŞA Bankın Gürcüstandakı törəməsinin zərəri 3 dəfəyə yaxın azalıb

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin yanvar-sentyabr aylarını 1,093 milyon lari (689 min manat) zərərlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azdır.

Bu il oktyabrın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 484,98 milyon lari (305,537 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 6,8 % azdır. Bunun 314,298 milyon larisi (198,008 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,5 % kiçilib.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 10,2 % azalaraq 375,458 milyon lari (236,539 milyon manat), o cümlədən depozit portfeli 4,6 % artaraq 315,744 milyon lari (198,919 milyon manat), balans kapitalı isə, 7,1 % artaraq 109,521 milyon lari (68,998 milyon manat), o cümlədən nizamnamə kapitalı 6,05 % artaraq 136,8 milyon lari (86,184 milyon manat) olub.

"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Törəmə bankın səhmlərinin 92 %-i "PAŞA Bank"a, 8 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

1 lari = 0,63 manat