"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin zərəri 2 dəfədən çox artıb
- 01 avqust, 2022
- 07:17
Yeniliklərdən dərhal xəbərdar olun!
"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I yarısını 3,303 milyon lari (2,048 milyon manat) zərərlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.
Yanvar-iyun aylarında "PAŞA Bank Gürcüstan"ın əməliyyat gəlirləri 23,232 milyon lari (14,404 milyon manat, illik müqayisədə 31% çox), əməliyyat xərcləri 26,039 milyon lari (16,144 milyon manat, 25,6% çox), xüsusi ehtiyatlara ayırmaları isə 496 min lari (308 min manat, 1 il bundan əvvəl qənaət edib) təşkil edib.
Bu il iyulun 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 457,421 milyon lari (283,601 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 10,6% çoxdur. Bunun 313,039 milyon larisi (194,084 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 16,2% böyüyüb.
Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 7,65% artaraq 364,86 milyon lariyə (226,213 milyon manat), o cümlədən depozit portfeli 17,9% artaraq 215,428 milyon lariyə (133,565 milyon manat), balans kapitalı isə 24,1% artaraq 92,561 milyon lariyə (57,388 milyon manat), o cümlədən nizamnamə kapitalı 25,25% artaraq 129 milyon lariyə (80 milyon manat) çatıb.
1 lari = 0,62 manat