"PAŞA Bank"ın aktivləri 5 % azalıb
- 16 yanvar, 2025
- 11:58
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Bank” ASC 2024-cü ili 210,538 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 5,7 % çoxdur.
Ötən il “PAŞA Bank”ın gəlirləri 729,218 milyon manat (illik müqayisədə 8,9 % çox), xərcləri 467,15 milyon manat (28,1 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 5,368 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 56,896 milyon manat (0,2 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “PAŞA Bank”ın aktivləri 8 milyard 220,178 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5 % azdır. Bunun 3 milyard 235,942 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,9 % böyüyüb.
Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 6,4 % azalaraq 7 milyard 313,303 milyon manata, o cümlədən depozit portfeli 7,6 % azalaraq 6 milyard 410,056 milyon manata, balans kapitalı isə 8,3 % artaraq 906,875 milyon manata çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.