"Partner Finance"ın aktivləri 10 % azalıb
- 13 iyul, 2026
- 17:03
Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Partner Finance" QSC 2025-ci ili 963 min manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3 % çoxdur.
Ötən il "Partner Finance"ın vergiyəqədərki mənfəəti 1,204 milyon manat (əvvəlkii ilə nisbətən 3 % çox), mənfəət vergisi ödəmələri isə 241 min manat (3 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Partner Finance"ın aktivləri 12,416 milyon manat olub ki, bu da illik müqayisədə 10 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 21,3 % azalaraq 8,857 milyon manata düşüb, balans kapitalı 39,3 % artaraq 3,560 milyon manata, nizamnamə kapitalı isə 49 % artaraq 152 min manata çatıb.
Xatırladaq ki, "Partner Finance" 2020-ci ildə yaradılıb. Şirkətin səhmlərinin hər biri 32,89 % olmaqla Anar Nuriyevə, Şamama Qurbanovaya və Nərmin İsmayılzadəyə, 1,33 %-i isə adı açıqlanmayan fiziki şəxsə məxsusdur.