Pakistan Milli Bankının Bakı filialının problemli kreditləri 100%-ə çatıb

Maliyyə
  • 25 oktyabr, 2017
  • 06:13
Pakistan Milli Bankının Bakı filialının problemli kreditləri 100%-ə çatıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri 2017-ci il oktyabrın 1-nə 11,069 mln. manat təşkil edib.

“Report” xəbər verir ki, bu, ötən il oktyabrın 1-i müqayisədə 1,5% azdır.

Filialın aktivlərinin 1,383 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son bir ildə onun kredit portfeli 24,5% kiçilib.

Hesabat dövründə filialın vaxtı keçmiş kreditləri 8,5% artaraq 1,383 mln. manata, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 69,6%-dən 100%-ə yüksəlib.

Filialın cəmi öhdəlikləri isə dəyişməyərək 858 min manat qalıb. Bunun 564 min manatı onun depozit portfelidir ki, son 1 ildə 2,8% kiçilib. O cümlədən, fiziki şəxslərin depozitləri 20,5% artaraq 276 min manat, hüquqi şəxslərin depozitləri isə 18% azalaraq 288 min manat olub.

Filialın cəmi kapitalı isə 1,6% azalaraq 10,212 mln. manat olub.

Bu ilin yanvar-sentyabr aylarında Pakistan Milli Bankının Bakı filialının faiz gəlirləri 617 min manat (1 il əvvələ nisbətən 59% çox), faiz xərcləri cəmi 2 min manat (2 dəfə çox), qeyri-faiz zərəri 7 min manat, qeyri-faiz xərcləri 721 min manat təşkil edib. Son nəticədə, filialın xalis əməliyyat zərəri 114 min manat olub ki, bu da illik müqayisədə 16,8% azdır.

Bu il filial aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 8 min manat (96,2% az) qənaət edib və yanvar-sentyabr aylarını 106 min manat xalis zərərlə başa vurub. Halbuki, kredit təşkilatı ötən ilin eyni dövründən 76 min manat xalis mənfəətlə çıxmışdı.

Xatırladaq ki, Pakistan Milli Bankı Azərbaycanda 1996-cı ildənfəaliyyət göstərir. Bakı filialının nizamnamə kapitalı 9,42 mln. manatdır.