Pakistan Milli Bankının Bakı filialının aktivləri cüzi azalıb
- 14 aprel, 2017
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 aprel. REPORT.AZ/ Pakistan Milli Bankının Bakı filialının cəmi aktivləri bu il aprelin 1-nə 11,148 mln. manat təşkil edib.
“Report” filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 0,2% azdır.
Pakistan bankının aktivlərinin 16,6%-ni və yaxud 1,856 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli təxminən 16% azalıb. Verilmiş kreditlərinin 68,2%-ni və yaxud 1,265 mln. manatının vaxtı keçib.
Hesabat dövründə Bakı filialının cəmi öhdəlikləri 14,5% artaraq 868 min manat, o cümlədən depozit portfeli depozit portfeli 28,1% artaraq 593 min manat olub. Filialın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə olmayıb.
İl ərzində kredit təşkilatının cəmi kapitalı isə 1,3% azalaraq 10,28 mln. manata düşüb.
Bu ilin I rübündə Pakistan bankının faiz gəlirləri 200 min manat (2016-cı ilin eyni dövrünə nisbətən 69,5% çox), faiz xərcləri 660 manat (təxminən 3 dəfə artım), qeyri-faiz zərəri 9 min manat (ötən il gəlir olub), qeyri-faiz xərcləri isə 123 min manat (39,1% az) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 36 min manata yaxın olub. Bu illik müqayisədə 55,5% azdır.
Bakı filialı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 2 min manata yaxın pul ayırıb və rübü 37 min manat xalis zərərlə başa vurub (filial ötən ilin eyni dövründən 93 min manat xalis mənfəətlə çıxıb).
Xatırladaq ki, Pakistan Milli Bankı Azərbaycanda 1996-cı ildənfəaliyyət göstərir. Bakı filialının nizamnamə kapitalı 9,42 mln. manatdır.