“Optimal Finance” BOKT illik 13 %-lə, 2 milyon manatlıq istiqraz buraxır
- 07 sentyabr, 2022
- 05:36
Yeniliklərdən dərhal xəbərdar olun!
“Optimal Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.
“Report” bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd, yəni 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.