OPEC-in Baş katibi neftin qiyməti ilə bağlı sualları cavablandıracaq
- 10 iyun, 2020
- 08:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) iyunun 11-də “Post-COVID-19 dövründə enerji məsələləri” adlı yüksək səviyyəli vebinar təşkil edəcək.
Mərkəzdən "Report"a bildirilib ki, müzakirələr Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə baş tutacaq vebinarda OPEC-in Baş katibi Mohammad Sanusi Barkindo, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer və Kanadada NATO Assosiasiyası təşkilatının Enerji Təhlükəsizliyi Proqramı üzrə direktoru Robert Katler çıxış edəcək. Vebinarda COVID-19 pandemiyasının qlobal enerji bazarına mümkün təsirləri, yeni ideyalar və koronavirusun qlobal enerji bazarına təsirlərini azaltmaq üçün resurs və səylər müzakirə olunacaq.
Tədbiri canlı olaraq ingilis dilində BMTM-in Facebook səhifəsində və Azərbaycan diliində “Youtube” səhifəsində izləmək mümkün olacaq. Suallarınızı malahat.najafova@aircenter.az ünvanına göndərməyiniz xahiş olunur.