Nigeriyada torpaq xərcləri mənzil dəyərinin 40 %-ni təşkil edir

Maliyyə
  • 22 may, 2026
  • 11:39
Nigeriyada torpaq xərcləri mənzil dəyərinin 40 %-ni təşkil edir

Nigeriyada torpaq sahələrinin baha olması əhalinin münasib qiymətə mənzillə təminatı yolunda əsas maneədir.

"Report"un məlumatına görə, bunu "Family Homes Funds Limited"in baş direktorunun texniki müşaviri Ahmed Baba Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası və CAHF Mənzil Maliyyələşdirilməsi 2025/2026 nəşrinin ilkin təqdimatındakı çıxışında deyib.

"Torpağın alınmasına çəkilən xərclər bir yaşayış vahidinin son qiymətinin 40%-nə çata bilər. Bu problemi aradan qaldırmaq üçün ştat hökumətləri ilə elə tərəfdaşlıq münasibətlərinin formalaşdırılması tələb olunur ki, bu zaman hər bir layihə üçün torpaq sahələri əvəzsiz olaraq ayrılır və hər hansı yüklülükdən azad olur. Bununla yanaşı, torpaq üzərindəki hüquqlar fondların adına rəsmiləşdirilir ki, bu da həm investorların, həm də gələcək mənzil sahiblərinin maraqlarının qorunmasını təmin edir, habelə sahələrdən təyinatından kənar istifadə ehtimalını istisna edir", - deyə A. Baba vurğulayıb.

44 - Tezliklə