Neft Fondunun investisiya portfelində bir çox valyutaların payı azalıb

Maliyyə
  • 26 oktyabr, 2022
  • 05:39
Neft Fondunun investisiya portfelində bir çox valyutaların payı azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 45,386 milyard ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin 9 ayının göstəriciləri ilə müqayisədə 2,62 % çoxdur.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, hazırda ARDNF-in investisiyalarının 70,8 %-i ABŞ dollarında formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 1,7 faiz bəndi çoxdur.

İnvestisiya portfelində avronun payı isə 0,5 faiz bəndi azalaraq 19,5 %-dən 19 %-ə düşüb.

Hesabat dövründə investisiya portfelində ingilis funt sterlinqinin pay 4,9 %-dən 4,7 %-ə düşüb.

Avstraliya dollarının payı dəyişməyərək 0,6 % təşkil edib, türk lirəsinin payı isə 0,6 %-dən 0,4 %-ə düşüb.

Rusiya rublunun payı 0,7 %-dən 0,4 %-ə, Çin yuanının payı isə 1,3 %-dən 1,2 %-ə düşüb.

Həmçinin, bu ilin yanvar-sentyabr ayları ərzində ARDNF yapon yeninin payını 1,4 %-dən 1,1 %-ə, digər xarici valyutaların payını isə 1,9 %-dən 1,8 %-ə dəyişib.

44 filmi