Nazirlər Kabinetindən Maliyyə Nazirliyinə transfer olub

Maliyyə
  • 20 fevral, 2018
  • 08:33
Nazirlər Kabinetindən Maliyyə Nazirliyinə transfer olub
Report

Bakı. 20 fevral. REPORT.AZ/ Maliyyə Nazirliyində kadr dəyişikliyi baş verib.

“Report” xəbər verir ki, nazirin müşaviri Rövşən Kərimov işdən çıxıb.

Onu Elçin Qəhrəmanov əvəz edib. Yeni müşavir bundan əvvəl Nazirlər Kabineti Aparatının nəqliyyat və rabitə şöbəsinin müdir müavini vəzifəsində çalışıb.