Nazir müavini: "Son 20 ildə müdafiəyə 58 milyard manata yaxın pul xərclənib"
- 22 oktyabr, 2025
- 12:50

2005-2025-ci illərdə Azərbaycanın müdafiə xərclərinə 58 milyard manata yaxın vəsait yönəldilib, ordumuzun qüdrəti gücləndirilib.
"Report" xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib.
Onun sözlərinə görə, bu illər ərzində Azərbaycan milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsi, maddi texniki bazasının möhkəmləndirməsi məqsədi ilə dövlət büdcəsinin ayrılan vəsaitlər 29 dəfə artırılaraq 8,4 milyard manata çatdırılıb.
Nazir müavini qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, milli iqtisadiyata reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilir: "Bu məqsədlə 2021-2025-ci illərdə 21,6 milyard manat vəsait ayrılıb".