Kino Agentliyi bu il büdcədən aldığı vəsaitin 59 %-ni istifadə etməyib
- 12 noyabr, 2025
- 13:31
Bu il dövlət büdcəsindən Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinə ayrılmış vəsaitin 59 %-i istifadə edilməyib.
"Report" xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib.
"Bu il agentliyə büdcədən 8,5 milyon manat ayrılıb. İndiyə qədər həmin vəsaitin 3,5 milyon manatı istifadə olunub. Hələ 5 milyon manat istifadə olunmamış qalıq var. Üstəlik, bu ilin əvvəlinə qurumun 11,5 milyon manat istifadə olunmamış vəsaiti olub", - deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, kino sahəsində müxtəlif vergi güzəştləri tətbiq olunur: film istehsalı və dublyaj gəlirləri 90 % mənfəət vergisindən azaddır, kino sahəsində torpaq və əmlak vergisi bu ildən 5 il müddətinə ləğv edilib, müəllif hüquqlarına görə royalti vergisinə güzəşt tətbiq edilir, film nümayişi üçün kəşbək mexanizmi mövcuddur.