Naxçıvanın ötənilki büdcəsinin icrası barədə qanun layihəsi müzakirə olunub
- 18 may, 2026
- 17:15
Yeniliklərdən dərhal xəbərdar olun!
"Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında" qanun layihəsi Ali Məclisin komitələrinin birgə iclasında müzakirə edilib.
"Report"un yerli bürosunun məlumatına görə, müzakirələr Ali Məclisin Daxili Nizamnaməsinə əsasən, İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramovun sədrliyi ilə baş tutub.
Sənədə Naxçıvanın Maliyyə Nazirliyi hazırlayıb. Qanun layihəsinə əsasən, ötən il muxtar respublikanın büdcəsinin gəlirləri 493 milyon 143 min manat proqnoza qarşı 450 milyon 645 min manat, xərcləri isə 505 milyon 184 min manat proqnoza qarşı 445 milyon 630 min manat icra olunub.
Naxçıvanın maliyyə naziri Həsən İsmayılov qanun layihəsi barədə məlumat verib.
Gündəlikdə duran məsələ ətrafında müzakirələr aparıldıqdan sonra komitənin rəyi oxunub, qanun layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.