Naxçıvanın Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Maliyyə
  • 12 mart, 2026
  • 22:30
Naxçıvanın Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində 2025-ci ilin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

"Report"un yerli bürosunun xəbərinə görə, nazir Həsən İsmayılov bildirib ki, ötən il Naxçıvanın büdcə gəlirləri 493 milyon 143 min manat proqnoza qarşı 450 milyon 645 min manat, büdcə xərcləri isə 505 milyon 184 min manat proqnoza qarşı 445 milyon 630 min icra olunub.

Ötən il dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya isə 285 milyon 713 min manat nəzərdə tutulsa da, faktiki olaraq 160 milyon manat icra edilib.

2026-cı il üçün isə muxtar respublikanın büdcə gəlirləri və xərcləri eyni məbləğdə - 483 milyon 178 min manat proqnozlaşdırılır.

İclasın sonunda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.