Naxçıvanda vergi ödəyicilərinin sayı 7 %-ə yaxın artıb
Maliyyə
- 10 iyul, 2026
- 11:02
Bu il iyulun 1-nə Naxçıvan Muxtar Respublikasıüzrə uçotda olan vergi ödəyicilərinin sayı 55 711-ə çatıb.
"Report"un yerli bürosunun məlumatına görə, onların 94,7 %-ini fiziki şəxslər, 5,3 %-ini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 % artıb. Bu dövrdə fiziki şəxslərin sayı 6,8 %, hüquqi şəxslərin sayı isə 4,4 % yüksəlib.
Hesabat dövründə qeydiyyatda olan kommersiya qurumlarının sayı da artaraq 1 911-ə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.
Bu ilin yanvar–iyun aylarında qeydiyyata alınan kommersiya qurumlarının 86,7 %-i elektron qaydada, 13,3 %-i isə kağız daşıyıcısı əsasında qeydiyyatdan keçib.
Son xəbərlər
09:53
Rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ekologiya09:45
Vyetnamda daşqın və torpaq sürüşmələri nəticəsində 5 nəfər ölüb
Digər ölkələr09:39
Buenos-Ayresdə Argentinanın finalda məğlubiyyətindən sonra iğtişaşlar baş verib
Futbol09:36
Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb
Digər ölkələr09:31
Eljas Otınşiyev "Qazaxıstan Dəmir Yolları"nın İdarə Heyətinin rəhbəri təyin edilib
Region09:30
Foto
Mədəniyyət Nazirliyində milli geyimlərin qorunması və müasir modaya inteqrasiyası müzakirə edilib
İncəsənət09:28
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib
ASK09:23
Luis de la Fuente dünya çempionluğunu qazanan ən yaşlı mütəxəssis olub
Futbol09:17