Naxçıvanda sahibkarlara verilən kreditlər 2 dəfədən çox artıb

Maliyyə
  • 27 aprel, 2020
  • 12:12
Naxçıvanda sahibkarlara verilən kreditlər 2 dəfədən çox artıb

Bu ilin I rübündə Naxçıvan MR-də sahibkarlara 12 167,5 min manat kredit verilib.

“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 257,7 min manat və yaxud 2,1 dəfə çoxdur.

Verilmiş kreditin 7 306 min manatı yeni istehsal sahələrinin yaradılmasına və yaxud genişləndirilməsinə sərf edilib ki, bu da illik müqayisədə 4  776 min manat və yaxud 2,9 dəfə çoxdur. Fərdi sahibkarlığın inkişafına isə 1 il əvvələ nisbətən 481,7 min manat və yaxud 43,7% çox - 4 861,5 min manat yönəldilib.