Naxçıvanda nağdsız ödənişlərin həcmi martda 84 %-dən çox artıb

Maliyyə
  • 02 may, 2024
  • 15:06
Naxçıvanda nağdsız ödənişlərin həcmi martda 84 %-dən çox artıb

Bu ilin mart ayında Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatların həcmi 2023-ci ilin eyni dövrü ilə müqayisədə 84,3 % artaraq – 77,363 milyon manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.

Hesabat dövründə regionda bankomatların sayı 1,6 %, POS-terminalların sayı isə 5,8 % artaraq müvafiq olaraq 130 ədəd (Naxçıvan şəhəri üzrə 70 ədəd) və 2 047 ədəd (1 120 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

44 - Tezliklə