Naxçıvanda kredit qoyuluşu 26 % artıb

Maliyyə
  • 02 may, 2024
  • 09:25
Naxçıvanda kredit qoyuluşu 26 % artıb

Bu il aprelin 1-nə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar tərəfindən kredit qoyuluşu 399 milyon 417,3 min manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.

Bu, 2023-cü il aprelin 1-i ilə müqayisədə 26 % çoxdur.

Hesabat dövrünə regionda problemli kreditlərin həcmi 97,6 % artaraq 17,566 milyon manata çatıb.

Kredit qoyuluşunun 287,003 milyon manatı və yaxud 71,9 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 12,6 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 96,669 milyon manat təşkil edib. Bu, illik müqayisədə 95,5 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 15,6 %-dən 24,2 %-ə qalxıb.

2024-cü il aprelin 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 15,745 milyon manat olub. Bu, illik müqayisədə 24,7 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 4 %-dən 3,9 %-ə enib.

Hazırda Naxçıvanda 7 bank (“Naxçıvanbank” ASC və 6 bankın filialı - “Kapital bank” ASC, “Azərbaycan Beynəlxalq Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank Respublika” ASC, “Access Bank” QSC və “Rabitə Bank” ASC), 2 bank olmayan kredit təşkilatlarının filialları (“FİNKA Azərbaycan” MMC və “Aqrarkredit” QSC) və 1 kredit ittifaqı “Bərəkət Kredit İttifaqı” MMC fəaliyyət göstərir.