Naxçıvan iqtisadiyyatına kredit qoyuluşu 19 % artıb
- 13 fevral, 2023
- 13:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvarın 1-nə Naxçıvan iqtisadiyyatına kredit qoyuluşu 307 milyon 256,9 min manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3 %, 2022-ci ilin yanvarın 1-i ilə müqayisədə 19 % çoxdur.
Kredit qoyuluşunun 252 milyon 816,1 min manatı və yaxud 82,3 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 19,1 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 42 milyon 772,6 min manat təşkil edib. Bu 1 il əvvələ nisbətən 21,6 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi 13,6 %-dən 13,9 %-a yüksəlib.
2022-ci ilin sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 11 milyon 668,2 min manat olub. Bu, illik müqayisədə 10,2 % çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi 4,1 %-dən 3,8 %-ə enib.