Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 23 % artıb
- 16 июля, 2026
- 14:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 131,7 milyon manat vəsait yönəldilib.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % çoxdur.
Ötən 6 ayda investisiya qoyuluşunun 41,4 %-i məhsul istehsalı sahələrinə, 13,1 %-i xidmət sahələrinə, 45,5 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala vəsait qoyuluşunun 118,7 milyon manatı və yaxud 90,1 %-i tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvələ nisbətən 41,3 % çoxdur.
Xatırladaq ki, 6 ay ərzində Azərbaycanda əsas kapitala 9 milyard 295,2 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,8 % çoxdur. O cümlədən, son 1 ildə neft-qaz sektoruna invetisiya qoyuluşu 34,3 % artaraq 3 milyard 163,6 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 5,5 % artaraq 6 milyard 131,6 milyon manat təşkil edib.