“Nas Project” BOKT-un xalis mənfəəti 2 dəfə artıb
- 30 aprel, 2024
- 13:17
Yeniliklərdən dərhal xəbərdar olun!
“Nas Project” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2023-ci ili 434 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,1 dəfə çoxdur.
Ötən il "Nas Project"in vergiyəqədərki mənfəəti 542 min manat (əvvəlki ilə nisbətən 2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 108 min manat (2,4 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Nas Project”in aktivləri 4,154 milyon manat olub ki, bu da illik müqayisədə 59 % çoxdur. Bunun 4,042 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 67 % böyüyüb.
Hesabat dövründə "Nas Project"in öhdəlikləri 2,2 dəfə artaraq 2,448 milyon manata, balans kapitalı isə 15,3 % artaraq 1,706 milyon manata çatıb.
Xatırladaq ki, “Nas Project” 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,3 milyon manatdır. BOKT-un səhmdarı 100% Məhəmməd Quliyevdir.