​“Muğanbank”ın yeni regional filialı açılıb

Maliyyə
  • 03 oktyabr, 2014
  • 10:58
​“Muğanbank”ın yeni regional filialı açılıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ «Muğanbank» ASC-nin Tovuzda filialı fəaliyyətə başlayıb. Bu barədə “Report”a Bankın mərkəzi ofisindən məlumat verilib.

Yeni açılmış filial Tovuz rayonu, Səməd Vurğun küçəsi,37 ünvanında fəaliyyət göstərir. Filial həm fiziki, həm də hüquqi şəxslərə kreditləşmə, hesablaşma-kassa əməliyyatları, əmanətlər, pul köçrmələri və s. xidmətlər göstərir.

«Muğanbank» ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda Bankın ölkə ərazisində 39 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərində nümayəndəliyi müştərilərə xidmət göstərir.  

44 - Tezliklə