“Muğan Bank” bu ilin I rübünü mənfəətlə başa vurub

Maliyyə
  • 23 aprel, 2021
  • 12:50
“Muğan Bank” bu ilin I rübünü mənfəətlə başa vurub

“Muğan Bank” ASC bu ilin I rübünü 1,593 milyon manat mənfəətlə başa vurub. Halbuki Bank ötən ilin eyni dövründən 1,3 milyon manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-mart aylarında “Muğan Bank”ın gəlirləri 15,56 milyon manat (illik müqayisədə 32,1 % çox), xərcləri 13,908 milyon manat (11,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 99 min manat (6,9 dəfə az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Muğan Bank”ın aktivləri 599,374 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1 % azdır. Bunun 337,617 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,8 % kiçilib.

Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 2,6 % azalaraq 505,94 milyon manata, o cümlədən depozit portfeli 7,6 % azalaraq 250,39 milyon manata düşüb, balans kapitalı isə 8,3 % artaraq 93,433 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,9 % artaraq 107,5 milyon manata çatıb.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun səhmləri Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), Maqbet Rəhim oğlu Mehdiyevə, Vəfa Əhməd qızı Vəliyevaya və Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti