"Moody's": "Kapital Bank"ın maliyyə bazarlarından asılılığı məhduddur"

Maliyyə
  • 09 avqust, 2022
  • 13:32
Moody's: Kapital Bankın maliyyə bazarlarından asılılığı məhduddur

“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi "Kapital Bank" ASC-nin əsas kredit reytinqini (BCA) "b1"dən "ba3"ə, uzunmüddətli depozit reytinqini isə "B1"dən "Ba3"ə yüksəldib.

"Report" xəbər verir ki, bu barədə "Moody's"in məlumatında deyilir.

Bu reytinqlər, agentliyin Azərbaycan bankları üçün əməliyyat mühitinin 12-18 ay ərzində yaxşılaşacağına dair fikirlərini əks etdirir, bunu isə Azərbaycanın suveren reytinqinin yüksəldilməsi sübut edir.

"Bankın BCA reytinqinin "b1"dən "ba3"ə yüksəldilməsi, kredit portfelinin yaxşı göstəricilərini, eləcə də sabit gəlirliliyini və likvidliyini əks etdirir.

Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin "Ba2" səviyyəsinə yüksəldilməsi həm bankın kredit qabiliyyətinin yaxşılaşmasını, həm də Azərbaycan hökumətinin banka yüksək dəstəyini ək etdirir.

“Kapital Bank”ın kredit portfeli, dövlət tərəfindən maliyyələşdirilən və təqaüdə çıxmış müştərilər də daxil olmaqla mövcud əmanətçilərinə xüsusi diqqət yetirməsi ilə inkişaf edir", - məlumatda deyilir.

2021-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelinə nisbəti 3,5 % təşkil edib.

"Moody's" hesab edir ki, bankın maddi adi kapitalın (TCE) riskli aktivlərə (RWA) nisbəti ilə ölçülən kapital adekvatlılığını 2021-ci ilin sonunda 13,6 % səviyyəsində olması və ehtiyatlardan əvvəl yüksək mənfəətlilik (müvəqqəti ehtiyatların risklə ölçülmüş aktivlərə nisbəti 2021-ci ildə 8,6 % təşkil edib) yüksək xalis faiz marjası və yüksək effektivliklə dəstəklənən ehtiyatlardan əvvəlki yüksək gəlirliliyi bankı kredit itkilərini ödəmək üçün yaxşı ehtiyatlarla təmin edəcəkdir.

“Kapital Bank”ın maliyyə bazarlarından aslılığı məhduddur: bazar vəsaitlərinin nisbəti 6 %, kreditlərin depozit portfelinə nisbəti isə 50 % təşkil edir.

Eyni zamanda, bank likvid bank aktivlərinin maddi bank aktivlərinə nisbəti 55 % səviyyəsində yaxşı likvid aktivlər ehtiyatına malikdir”, - Moody's qeyd edib.

44 filmi