“Moody's”: “Bank of Baku”nun biznes modeli iqtisadi tsikllərə həssasdır

Maliyyə
  • 09 iyul, 2024
  • 19:41
“Moody's”: “Bank of Baku”nun biznes modeli iqtisadi tsikllərə həssasdır

ASC “Bank of Baku”nun Əsas Kredit Qiymətləndirməsi (BCA) iqtisadi dövrlərə həssas olan təminatsız istehlak kreditləşməsi seqmentinə yönəlmiş biznes modeli ilə, həmçinin 2023-cü ilin sonuna ümumi aktivlərin 18 %-i həcmində olan mütəvazi likvidlik ehtiyatı ilə məhdudlaşır.

“Report” xəbər verir ki bu barədə “Moody's”in bankla bağlı reytinq fəaliyyətində deyilir. “Biz bankın BCA-sını “b2” səviyyəsindən “b1”ə və uzunmüddətli depozit reytinqlərini “B2”dən “B1”ə yüksəltdik. Uzunmüddətli reytinqlər üzrə proqnoz “müsbət”dən “sabit”ə endirildi. Bankın BCA-sının “b1”ə yüksəldilməsi Azərbaycan bank sisteminin makroprofilinin "Zəif-"dən "Zəif"ə yüksəlməsi, cari əməliyyat mühitində risklərin azalması, həmçinin bankın likvidlik profilinin yaxşılaşması ilə bağlıdır. “Bank of Baku”nun “b1”səviyyəsində olan BCA-sı son illərdə aktivlərin keyfiyyətinin və gəlirliliyin yaxşılaşmasını əks etdirir, 2023-cü ilin sonuna problemli kreditlərin ümumi kreditlərə nisbəti 2,8 % və maddi aktivlərin rentabelliyi 3,5 % təşkil edib", - agentliyin məlumatında deyilir.

“Moody's” analitikləri bankın nisbətən kiçik ölçüsünü və sistem əhəmiyyətinin olmamasını nəzərə alaraq, Azərbaycan hökumətinin dəstəyinin aşağı olması ehtimalını güman edirlər. Onların fikrincə, “Bank of Baku”nun reytinqləri üzrə “sabit”proqnoz növbəti 12-18 ay ərzində dayanıqlı kredit göstəricilərini qoruyub saxlayacağını əks etdirir.

44 filmi