"Moody’s": Azərbaycanda depozitlərin dollarlaşması MDB üzrə ən yüksək həddədir

Maliyyə
  • 24 may, 2018
  • 06:43
Moody’s: Azərbaycanda depozitlərin dollarlaşması MDB üzrə ən yüksək həddədir

Bakı. 24 may. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC indiyə qədər 14,7 mlrd. manat məbləğində öhdəliyini restrukturizasiya edib. 

"Report" xəbər verir ki, bunu "Moody’s" Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında qurumun vitse-prezidentinin köməkçisi Pyotr Paklin deyib.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycan depozitlərin dollarlaşma göstəricisinə görə hələ də MDB məkanında 1-cidir: "2017-ci ilin yekununda depozitlərin 72,4%-i dollarda olub. Bu rəqəm 2016-cı ilin yekununda 75,3% təşkil edib".