"Moody's" Azərbaycan bankları üçün ən ciddi riskləri açıqlayıb

Maliyyə
  • 08 fevral, 2022
  • 08:57
Moody's Azərbaycan bankları üçün ən ciddi riskləri açıqlayıb

Azərbaycan, Ermənistan, Qazaxıstan, Peru və Ukraynada qısamüddətli perspektivdə dollarlaşma meyllərinin azalması davam edəcək, lakin valyuta gəlirləri olmayan sığortasız borcalanların olması səbəbindən Azərbaycan, Ermənistan və Belarus bankları ən həssas vəziyyətdədir.

"Report" xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin "İnkişaf etməkdə olan bazarlar: yüksək dollarlaşma banklar və ümumilikdə maliyyə sabitliyi üçün uzunmüddətli risklər yaradır" adlı hesabatında deyilir.

Hesabatın müəllifləri hesab edirlər ki, Latın Amerikası və inkişaf etməkdə olan Avropa ölkələrinin bankları, inkişaf etməkdə olan ölkələr arasında ən çox dollarlaşmaya meylli olduğu və bu, bankları ABŞ-ın monetar sərtləşdirməsi qarşısında daha zəif yerli valyutalar və daha çox pul çıxarılması qarşısında həssas edir.

"Moody's" qeyd edir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırması çox güman ki, inkişaf etməkdə olan bazarlara kapital axınını ləngitməsi, milli valyutaları və iqtisadi artımı zəiflətməsi və potensial olaraq yüksək dollarlaşan banklarda kredit riski yarada bilər.

“Balanslarında böyük məbləğdə xarici valyutada kreditləri və depozitləri olan banklar, yerli valyutanın dəyərdən düşdüyü zaman kredit itkilərindəki sıçrayışlara və gəlirlilikləri və likvidliyi üzərində yaranacaq təzyiqə qarşı müdafiəsidir. Sığortasız borc alanlar üçün xarici valyutada olan kreditləri qaytarmaq getdikcə çətinləşir və əmanətçilər vəsaitlərini çıxarmağa meyllidirlər. Mərkəzi bankların dollar sıxıntısı olan bankları xilas etmək üçün kifayət qədər valyuta ehtiyatları olmadıqda yüksək dollarlaşma böhran zamanı maliyyə sabitliyini də təhlükə altına qoyur”, - agentlik bildirib.

"Moody's" müəyyən edib ki, dollarda olan depozitlər Latın Amerikası, inkişaf etməkdə olan Avropa və keçmiş Sovet ölkələrinin banklarında ən yüksək səviyyədədir, Asiya Sakit Okean regionunda nisbətən aşağı səviyyədədir, Afrikada isə mülayimdir. Körfəz ölkələrində isə yüksək risk güclü valyuta ehtiyatları ilə kompensasiya edilir.

Uruqvayda yerli pesonun davamlı ucuzlaşması və yüksək inflyasiya ölkəni “Moody's”in dollarlaşan ölkələr siyahısında 74 % əmanətlə birinci yerə çıxarıb və bu tendensiya davam edəcək.

İnflyasiyanın ilin sonuna qədər artmasının gözləndiyi Argentinada qeyri-rezidentlərin əmanətləri yüksək olaraq 10 % səviyyəsində qalacaq.

Yerli əhalinin yüksək inflyasiya və zəifləyən valyuta ilə mübarizə apardığı depozitləri aparıcı valyutada formalaşan başqa bir ölkədə - Türkiyədə dollar depozitləri 2020-ci ildəki 47 %-dən və keçən il 63 %-ə, 2022-ci ilin sonuna qədər isə 65 %-ə yüksələcək.

“Şəxsi əmanətçilər öz depozitlərini amortizasiya və inflyasiyadan qorumaq üçün yerli valyutada olan əmanətlərinin əhəmiyyətli hissəsini xarici valyutaya (əsasən ABŞ dolları) çevirməyə davam edir”, - "Moody's" bildirib.

Argentinada 2019-cu il seçkilərindən sonra etimadın itirilməsi səbəbindən xarici valyutada olan depozitlər 2019-cu ildəki 40 %-dən 2021-ci ildə 16 %-ə düşüb. Hökumətin siyasətinə və ya Mərkəzi Banka inam daha da pisləşərsə, dollar əmanətlərinin daha çox xaricə axması ehtimalı olduğunu deyən “Moody's” vurğulayıb ki, Mərkəzi Bankın böhran vəziyyətində bankları dəstəkləmək üçün çox az və ya heç valyuta ehtiyatına malik olmadığını qeyd edib.

44 - Tezliklə