"Moody's" ABŞ-ın kredit reytinqini təsdiqləyib

Maliyyə
  • 26 aprel, 2018
  • 10:30
Moody's ABŞ-ın kredit reytinqini təsdiqləyib

Bakı. 26 aprel. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi ABŞ-ın suveren kredit reytinqini yenidən ən yüksək səviyyədə - sabit proqnozla "Aaa" səviyyəsində təsdiqləyib.

“Report”un verdiyi xəbərə görə, bu barədə agentlik məlumat yayıb. 

Məlumatda deyilir ki, reytinqin sabit saxlanılması ABŞ iqtisadiyyatının davamlılığını əks etdirir. 

Qeyd edək ki, "Fitch" və "Standard & Poor's" beynəlxalq reytinq agentlikləri ABŞ-ın kredit reytinqini sabit proqnozla müvafiq olara "AAA" və "AA+" səviyyələrində təsdiq edib. 

44 - Tezliklə