"MJ Financial Services” BOKT-un istiqrazlarına 1 investor maraq göstərib

Maliyyə
  • 01 dekabr, 2022
  • 10:17
MJ Financial Services” BOKT-un istiqrazlarına 1 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "MJ Financial Services” MMC bank olmayan kredit təşkilatının (BOKT) 750 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 750 ədəd istiqraz çıxarılıb.

Qiymətli kağızlar standart bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 1 investor qiyməti 1 000 manat (13,5 %), ümumi məbləği isə 750 min manat olan 1 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" QSC-dir.