"MJ Financial Services" BOKT 2 milyon manatlıq istiqraz buraxır
- 30 iyun, 2026
- 12:48
Yeniliklərdən dərhal xəbərdar olun!
"MJ Financial Services" ASC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 2 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 16 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.