"MiniBoss" biznes məktəbinin rəhbəri: "Uşaq sahibkarlar əldə etdikləri gəliri bizneslərinin inkişafına yönəldirlər"

Maliyyə
  • 13 iyun, 2026
  • 11:46
MiniBoss biznes məktəbinin rəhbəri: Uşaq sahibkarlar əldə etdikləri gəliri bizneslərinin inkişafına yönəldirlər

"MiniBoss Business School Baku"nun şagirdləri öz layihələrindən qazandıqları gəliri yenidən startaplarının inkişafına sərf edirlər.

"Report" xəbər verir ki, bunu "MiniBoss" biznes məktəbinin rəhbəri Alina Xələfova jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, təhsil müddətində uşaqlara mütəmadi olaraq izah olunur ki, əldə etdikləri gəliri xərcləmək əvəzinə öz layihələrinə yenidən qoymaqla işlərini böyüdə bilərlər: "Təcrübədən görünür ki, yuxarı yaş kateqoriyasına daxil olan uşaqlar bu yanaşmaya daha böyük həvəs nümayiş etdirirlər. Onların düşüncələri daha ardıcıl olur və onlar seçdikləri ideyanın nəticə verəcəyinə əmindirlər. Məhz buna görə eyni layihəni hər il inkişaf etdirərək müxtəlif formatlarda nümayiş edir və müvəffəqiyyət əldə edirlər Aşağı yaş qrupundakı iştirakçılar isə sonrakı il yeni ideyalar üzərində çalışmağa meyl göstərirlər".

A.Xələfova həmçinin bildirib ki, həqiqətən qeyri-adi bir vəziyyətdir ki, bu yaşda uşaqlar investorların qarşısında qrant əldə etmək məqsədilə çıxış edirlər: "Onların prezentasiyaları yalnız "bizə bu miqdarda maliyyə vəsaiti tələb olunur" ifadəsi ilə bitmir. Uşaqlar layihələrinin məzmununu, bazardakı imkanlarını və maliyyə tələblərini dəlillərlə izah edirlər. Bu isə investorlar baxımından son dərəcə əhəmiyyətli göstəricidir. İnvestorun başlıca funksiyası layihəni qiymətləndirmək və ona dəstək göstərməkdir. Bu yardım həm maddi, həm də qeyri-maddi xarakter daşıya bilər. Qeyri-maddi köməyə təlim proqramları, mentorluq xidmətləri və peşəkar məsləhətlər aiddir. Maddi dəstək isə layihənin irəliləyişi üçün ayrılan maliyyə resurslarıdır".

44 filmi