Milli Depozit Mərkəzinin nümayəndələri Cənubi Koreyaya səfər ediblər
- 11 aprel, 2019
- 05:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Aprelin 1-5-də Azərbaycanın kapital bazarı iştirakçılarından ibarət nümayəndə heyəti, o cümlədən Milli Depozit Mərkəzinin (MDM) əməkdaşları, “Bilik Mübadiləsi Proqramı” (KSP) layihəsi çərçivəsində Cənubi Koreyanın paytaxtı Seula səfər ediblər.
Bu barədə “Report” MDM-ə istinadən xəbər verir.
Məlumata görə, səfər zamanı nümayəndə heyəti Koreya Mərkəzi Depozitarı (KSD), Koreya Fond Birjası (KRX), Koreyanın Maliyyə Bazarlarına Nəzarət Xidməti və digər təşkilatların keçirdiyi seminarlarda iştirak edib. Seminarlar kapital və törəmə maliyyə alətləri, o cümlədən effektiv klirinq və hesablaşmalar sistemi, səhm, istiqraz və törəmə maliyyə alətləri bazarlarının inkişafı və digər aidiyəti mövzular üzrə keçirilib. Həmçinin iştirakçılara maliyyə bazarlarının təşkilatları tərəfindən göstərilən xidmətlər barədə təqdimat şəklində ətraflı məlumat verilib. Səfərin sonunda nümayəndə heyətimizin əldə etdiyi məlumatlar üzrə təqdimatlar hazırlanıb, koreyalılarla müzakirə edilib və mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Cəbuni Koreyanın Iqtisadiyyat və Maliyyə Nazirliyinin həyata keçirdiyi KSP layihəsi tərəfdaş ölkələrlə iqtisadi və siyasi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılmış inkişaf platformasıdır.