Mikayıl Cabbarov: "Azərbaycan regionlarında əsas kapitala investisiyalar 8,9 % artıb"

Maliyyə
  • 15 sentyabr, 2023
  • 07:33
Mikayıl Cabbarov: Azərbaycan regionlarında əsas kapitala investisiyalar 8,9 % artıb
Mikayıl Cabbarov

Bu ilin yanvar-iyun aylarında Azərbaycan regionlarında əsas kapitala investisiyalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,9 % artıb.

"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, regionlarda əsas kapitala yatırılan investisiyaların həcmi 3,1 milyard manat təşkil edib.

44 filmi