MİDA 17 milyon manatlıq 3 tenderə yekun vurub

Maliyyə
  • 16 dekabr, 2021
  • 10:01
MİDA 17 milyon manatlıq 3 tenderə yekun vurub

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Sumqayıt şəhərində 7, 8 və 9 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının (1), 4, 5 və 6 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının (2), eləcə də Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinndə 18,8 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının (3) tikintisi ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Hünər İnşaat Firması”, “Conco” QSC və "Yar İnşaat Təmir-Tikinti" MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 6,806 milyon manat, 6,645 milyon manat və 3,679 milyon manat, ümumilikdə isə 17,131 milyon manat ödəniləcək