“Merkuri” BOKT-un xalis mənfəəti 64 %-ə yaxın azalıb

Maliyyə
  • 30 may, 2025
  • 19:18
“Merkuri” BOKT-un xalis mənfəəti 64 %-ə yaxın azalıb

“Merkuri” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 82 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 63,6 % azdır.

Ötən il “Merkuri”nin vergiyəqədərki mənfəəti 161 min manat (əvvəlki ilə nisbətən 38,1 % az), mənfəət vergisi ödəmələri isə 79 min manat (2,3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Merkuri”nin aktivləri 8,835 milyon manat olub ki, bu da illik müqayisədə 15,9 % çoxdur. Bunun 7,736 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 14,4 % böyüyüb.

Hesabat dövründə “Merkuri”nin öhdəlikləri 19,4 % artaraq 8,259 milyon manata çatıb, balans kapitalı isə 18,5 azalaraq 577 min manata düşüb.

Xatırladaq ki, “Merkuri” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 823 min manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Məmməd Məmmədov və Səbuhi Əzizovdur.

44 - Tezliklə