"Merkuri" BOKT 1,1 milyon manatlıq istiqraz buraxır
Maliyyə
- 04 fevral, 2026
- 15:31
"Merkuri" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 1,1 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 50 manat olan 22 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 17 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.
Son xəbərlər
18:41
Özbəkistan Prezidenti Pakistana dövlət səfəri edəcək
Region18:35
Əfqanıstanlı fəal və Fələstin QHT-si "Zayed Mükafatı"na layiq görülüb
Xarici siyasət18:31
Foto
WUF13 üzrə Könüllülük Proqramı çərçivəsində təlimlər keçirilir
İnfrastruktur18:24
Bu gün Özbəkistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
Region18:18
Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin 1,4 milyardı Ukraynaya yönəldiləcək
Digər ölkələr18:12
Prezident: Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir
Xarici siyasət18:09
Foto
Video
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub - YENİLƏNİB
Xarici siyasət18:09
Foto
AUC2026 çərçivəsində "Dizayn günləri" formatında praktiki sessiyalar keçirilib
İnfrastruktur18:08