Masatsuqu Asakava: "ADB-nin dəstəyi ilə Gürcüstan regional haba çevrilir"

Maliyyə
  • 03 may, 2024
  • 11:59
Masatsuqu Asakava: ADB-nin dəstəyi ilə Gürcüstan regional haba çevrilir

Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə Gürcüstan regional haba çevrilir.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB prezidenti Masatsuqu Asakava Gürcüstanın paytaxtında Bankın 57-ci illik toplantısı çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Gürcüstanın regional əməkdaşlığı yüksək qiymətləndirilir. Ədalətli tərəfdaşlıq qurmağımız vacibdir”, - o bildirib.

M.Asakavanın sözlərinə görə, ADB-nin Gürcüstanla ölkə tərəfdaşlığı strategiyası üç əsas istiqaməti əhatə edir: iqtisadi inkişaf, sosial inkişaf və insan kapitalı, dövlət idarəçiliyinin inkişafı.

ADB prezidenti regional əməkdaşlıq səyləri barədə ciddi düşünməyə çağırıb.

44 - Tezliklə