Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə
  • 06 iyun, 2017
  • 07:31
Maliyyə Nazirliyində yeni təyinat olub
Report

Bakı. 6 iyun. REPORT.AZ/ Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə yeni müdir təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifəyə Firuzə Abdullayeva gətirilib.

O, indiyə qədər şöbə müdiri vəzifəsini müvəqqəti icra edib. Xatırladaq ki, bundan əvvəl Uçot siyasəti şöbəsinə rəhbərlik edən Elxan Cəfərov hazırda maliyyə nazirinin müşaviri vəzifəsini tutur.