Maliyyə naziri: "Vergi yükünün optimallaşdırılması tədbirləri nəzərdə tutulub"
- 04 noyabr, 2025
 - 11:53
 
                            
                            
                        Azərbaycanda özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması istiqamətində çoxsaylı tədbirlər nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında - "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, büdcə paketi hazırlanan zamanı ana hədəflərimizdən biri olan neft-qaz gəlirlərindən asılılığın azaldılması, ölkəmizin valuta ehtiyatlarının qorunması nəzərə alınıb.
"Dövlət başçısının tapşırıqlarına uyğun olaraq büdcə xərclərinin optimallaşdırılması, səmərəli xərclənmə metoduna keçid, eyni zamanda izafi xərclərin qarşısının alınması istiqamətində də müvafiq çərçivə təmin edilib", - deyə nazir əlavə edib.