​Maliyyə naziri: "Daxili istiqrazların emissiyası davam etdiriləcək"

Maliyyə
  • 14 iyun, 2016
  • 05:56
​Maliyyə naziri: Daxili istiqrazların emissiyası davam etdiriləcək

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi daxili istiqrazların emissiyasını davam etdirəcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifovun sözlərinə görə, bu addımlar, o cümlədən istiqrazların gəlirliliyinin yüksəldilməsi manata etimadı artırmaq üçün nəzərdə tutulub: "Daxili bazarı inkişaf etdirmək, manata etimadı artırmaq istəyirik. Ona görə də kifayət qədər yüksək faiz dərəcəsi təklif etmişik".