“M Bulak” BOKT-un xalis mənfəəti 6 % azalıb

Maliyyə
  • 04 aprel, 2023
  • 07:48
“M Bulak” BOKT-un xalis mənfəəti 6 % azalıb

“M Bulak” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 2,9 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 6,1 % azdır.

Ötən il “M Bulak”ın vergiyəqədərki mənfəəti 3,515 milyon manat (əvvəlki ilə nisbətən 7% az), mənfəət vergisi ödəmələri isə 615 min manat (11 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “M Bulak”ın aktivləri 19,448 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,7 % çoxdur. Bunun 18,657 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 35,3 % böyüyüb.

Hesabat dövründə “M Bulak”ın öhdəlikləri 21,4 % artaraq 170 min manata, balans kapitalı isə 17,7 % artaraq 19,278 milyon manata çatıb.

Xatırladaq ki, “M Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır. BOKT-nin təsisçiləri Qırğızıstan vətəndaşları 95,92% payla Aleksey Kokarev və 4,07% payla Babirjan Tolbayevdir.