“M Bulak” BOKT-un xalis mənfəəti 44 % artıb

Maliyyə
  • 18 aprel, 2024
  • 05:26
“M Bulak” BOKT-un xalis mənfəəti 44 % artıb

“M Bulak” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 4,163 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 43,6 % çoxdur.

Ötən il “M Bulak”ın vergiyəqədərki mənfəəti 5,112 milyon manat (əvvəlki ilə nisbətən 45,4 % çox), mənfəət vergisi ödəmələri isə 949 min manat (54,3 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “M Bulak”ın aktivləri 25,192 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 29,5 % çoxdur. Bunun 24,365 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 30,6 % böyüyüb.

Hesabat dövründə “M Bulak”ın öhdəlikləri 10,3 dəfə artaraq 1,751 milyon manata, balans kapitalı isə 21,6 % artaraq 23,441 milyon manata çatıb.

Xatırladaq ki, “M Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır. BOKT-nin təsisçiləri Qırğızıstan vətəndaşları 95,92% payla Aleksey Kokarev və 4,07% payla Babirjan Tolbayevdir.

44 - Tezliklə