"Legion Financial" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 29 iyul, 2026
  • 10:05
Legion Financial maliyyə vəziyyətini açıqlayıb

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC 2025-ci ili 1,361 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 12,1 % çoxdur.

Ötən il "Legion Financial"ın vergiyəqədərki mənfəəti 1,732 manat (əvvəlki ilə nisbətən 12,8 % çox), mənfəət vergisi ödəmələri isə 371 min manat (15,6 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Legion Financial"ın aktivləri 20,671 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 50,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 75,1 % artaraq 15,807 milyon manata, balans kapitalı isə 2,6 % artaraq 4,865 milyon manata, o cümlədən nizamnamə kapitalı 10,8 % artaraq 3,91 milyon manata çatıb.

"Legion Financial" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,13 milyon manatdır. Şirkətin səhmləri Turan İsmayılova, Ramin Süleymanlıya, Rövşən Sultanova, Böyükağa Məmmədova və Belarus vətəndaşı Kolas Konstantinə məxsusdur. T.İsmayılov həm də ləğv prosesində olan "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.

44 - Tezliklə