Azərbaycanın lizinq şirkətinin səhmlərinə 2 investor maraq göstərib

Maliyyə
  • 25 sentyabr, 2024
  • 13:06
Azərbaycanın lizinq şirkətinin səhmlərinə 2 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin 1 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd səhm standard bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Səhmlərə 2 investor 395 min manatlıq 2 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutmayıb, lizinq şirkətinin nizamnamə kapitalı 12,6 % artaraq 3,135 milyon manatdan 3,53 milyon manata çatıb.