"Legion Financial" 1 milyon manatlıq istiqraz buraxır
- 27 avqust, 2024
- 14:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 30-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Legion Financial” ASC-nin 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlara abunə yazılışı sentyabrın 29-na qədər həyata keçiriləcək.
İstiqrazlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmlərinin 44,5 %-i Turan İsmayılova, 31,9 %-i Rahim Süleymanlıya, 11,8 %-i Rövşən Sultanova, 11,8 %-i isə Böyükağa Məmmədov və adı açıqlanmayan fiziki şəxsə məxsusdur. T.İsmayılov həm də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.