"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
- 16 sentyabr, 2026
- 11:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 12-də, saat 12:00-da Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 25A ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Legion Financial"ın yeni səhmlərinin emissiyası ilə onun nizamnamə kapitalının artırılması daxildir.
Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmləri Turan İsmayılova (37,53 %), Ramin Süleymanlıya (32,69 % ), Rövşən Sultanova (10,17 %), Böyükağa Məmmədova (13,32 %) və Belarus vətəndaşı Kolas Konstantinə (6,29 %) məxsusdur. T.İsmayılov ləğv prosesində olan "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.