"Legion Financial"ın səhmdarlarının pay bölgüsü dəyişib
- 03 may, 2024
- 07:42
Yeniliklərdən dərhal xəbərdar olun!
"Legion Financial" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
"Report" xəbər verir ki, bu, şirkətin nizamnamə kapitalının 95 min manat və yaxud 4,2 % artırılaraq 2,245 milyon manatdan 2,34 milyon manata çatdırılmasından sonra baş verib.
Kapital artımı üçün dövriyyəyə buraxılmış, hər birinin nominal dəyəri 100 manat olan 950 yeni səhmi əsas səhmdar - Turan İsmaylov əldə edib və payını 57,9 %-dən 59,6 %-ə çatdırıb. Əvəzində digər səhmdarlar - Ramin Süleymanlı payını 24,9 %-dən 23,9 %-ə, Rövşən Sultanov payını 11,1 %-dən 10,7 %-ə, Böyükağa Məmmədov isə payını 6,1 %-dən 5,8 %-ə endirib.
Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə dövlət qeydiyyatına alınıb. T.İsmayılov həm də "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.